ƏMLAK

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK
15 OKTYABR
375

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK

2018-10-15 10:40:00

Badamdar-20-ci sahə avtomobil yolundakı sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Fins.az-a verilən məlumata görə, sürüşmə zonasında nisbi stabiillik qalmaqdadir.

Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb.

Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.

 Eləcə də bax:Bakıda ingilis dilli məktəblər açılacaq? -AÇIQLAMA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258