ƏMLAK

10 dövlət əmlakına 13 SİFARİŞ
09 OKTYABR
156

10 dövlət əmlakına 13 SİFARİŞ

2018-10-09 12:28:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 oktyabr tarixində keçirilən hərracda 10 dövlət əmlakına 13 sifariş verilib. Bu dəfəözəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 3-ü paytaxtda, 5-i isə digər şəhər və rayonlarda yerləşir.  Fins.az  xəbər verir ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki təsərrüfat malları mağazasınınümumi faydalı sahəsi 248,8 kv.m-dir. Qeyd edək ki, sifarişçi tərəfindən bu dövlət əmlakına 45 min manat təklif edildi. Eləcə də paytaxtın Qaradağ rayonundakı 21 saylı mağaza və Çörək kombinatının 3 saylı Qızıldaş sexi də iştirakçılar tərəfindən özəlləşdirildi.

Qeyri-yaşayış sahələri isə paytaxtın müxtəlif rayonlarında yerləşir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki obyekt xidmət sahəsi üzrə gəlirli fəaliyyətə imkan verəcək. Ümumi faydalı sahəsi 57,8kv.m olan bu dövlət əmlakının hərracında 15 min manat təklif edən iştirakçı qalib elan edildi. Hərracda özəlləşən qeyri-yaşayış sahələrindən biri də Xətai rayonu, N.Tusi küçəsində yerləşir. Ümumi faydalı sahəsi 50,4kv.m olan obyektin hərracda son satış qiyməti 9 min manat oldu.

 Eləcə də bax:Almaniyada ucuz və bahalı mənzillər - QİYMƏTLƏR

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 4-ü kənd klublarıdır. Bunlara Göygöldəki Hacıməlik və Danayeri kənd klubları, Lənkərandakı Daşdaleqjarvə Velədi kənd klubları aiddir.

Keçirilən hərraclarda biznes ideyasını reallaşdırmaq istəyənlər üçün uyğun imkanlar yaradılıb. Elektron hərrac sistemi vasitəsiləözəlləşdirməprosedurlarında hər kəs vaxtına qənaət edərək iştirak edə bilər. Belə ki, evdən, ofisdən və internetin olduğu bütün məkanlardan prosesə onlayn formada qoşularaq əmlak sahibi olmaq olar.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 16 oktyabr tarixində baş tutacaq. Hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyəti, 13-ü kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 39-u isə nəqliyyat vasitəsidir.Vətəndaşlar hərraca çıxarılan hər bir dövlət əmlakı ilə komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az)tanış ola bilər. Hər bir dövlət əmlakı üzrə mövcud məlumat bölməsində həmin əmlakı onlayn formada sifariş vermək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258