ƏMLAK

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol”
01 OKTYABR
170

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol”

2018-10-01 10:37:00

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol”  kampaniyasının növbəti ünvanı Novxanı kəndidiir.

Əmlak Məsələləri Dövlət Komitəsindən Fins.az-a verilən məlumata görə, “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial aksiya bu həftə Abşeron rayonu, Novxanı kəndində keçiriləcək. Vətəndaşların rahatlığını təmin edərək bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətləri səyyar formada təqdim ediləcək. Sakinlər 01-05 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Novxanı kəndi, Şıxəli Qurbanov küçəsi 1 (Novxanı İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşa bilər.

Əlçatan xidməti sürətli və müasir üsullarla vətəndaşlara təklif edən bu layihə ərazi idarəsinə getmədən fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakları qeydiyyata almağa şərait yaradır.

 Eləcə də bax: http://fins.az/emlak/957789/3-mln-500-mine-villa-satilir.html3 mln 500 minə villa satılır

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260