ƏMLAK

Bu kənddə alman yaşayış evləri salınır
25 SENTYABR
302

Bu kənddə alman yaşayış evləri salınır

2018-09-25 12:41:00

Marneuli bələdiyyə meriyasında, bələdiyyənin rəhbər şəxsləri və Cənubi Qafqazda Alman Mədəni Abidələrinin Mühafizəsi İttifaqının nümayəndələri arasında işgüzar görüş keçirilib.

Fins.az Trend-in məlumatına  əsasən xəbər verir ki, tərəflər Tamarisdə turizm potensialının inkişafı məsələsini müzakirə ediblər.

Eyni zamanda, Tamaris kəndində alman mədəni abidələrinin mühafizəsi, qorunması məqsədi ilə hazırlanmış layihə müzakirə edilib.

Görüşdə kəndin tarixi hissəsində, alman tərəfdaşlığının yardımçılığı ilə ictimai funksiya daşıyacaq və yerli sakinlər üçün faydalı olacaq alman yaşayış evlərinin salınması layihəsinə böyük diqqət ayrılıb.

Tədbirdə Tamarisin tarixi mərkəzinə çıxan yola Traubenberqin adının verilməsi müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259