ƏMLAK

Son dövrlər evlər bu rənglərə boyanır - Azərbaycanda
21 SENTYABR
524

Son dövrlər evlər bu rənglərə boyanır - Azərbaycanda

2018-09-21 13:34:00

Belə bir deyim var “zövqlərdə mübahisə etmirlər”. Lakin hər nə qədər mübahisə edilməsə də amma dəb deyilən bir göstərici var. Hazırda ölkəmizdə  bir çox müasir üslubda yaşayış binaları tikilməkdədir. Bəs görəsən insanlar evlərini təmir edərkən hansı rənglərə üstünlük verirlər. Fins.az-ın bu sualına cavab tapmağa ölkəmizdə artıq uzun müddətdir ki, tikinti sektorunda fəaliyyət göstərən arxitektura və dizayn şirkəti "PATTERN A&D"​-nin nin rəhbəri Elvin Baxışov cavablandırıb

Onun sözlərinə görə əcnəbi ölkələrdə 2017-ci ildə dəbli rənglər açıq çəhrayı, açıq mavi, açıq şaftalı rəngləri, açıq sarı, açıq qəhvəyi, açıq dəniz karalı rəngi, açıq bənövşəyi, lavanda gülü, nanə yaşılı və fil sümüyü rəngləri olub

2018-ci ildə isə bu trend əl-alvan rənglər olub. Açıq rəngləri tünd yaşıl, tünd sarı, tünd qırmızı, tünd narıcı və qızılı rənglər əvəz edib. 

İnteryer dizaynda dəbin göstəricisi ilk olaraq insanların daxili hisslərindən, onun dünya görünüşündən və onun dəbə olan münasibətindən asılıdır. Bu məsələdə dəbin dəqiq ölçü vahidi yalnız insanın özüdür.

İnsanların bəziləri monoton rəngləri sevir. Bəziləri Skandinav, modern və ya klassikanı seçir və yalnız bu stilə üstünlük verir. Birçoxları dəbdəbəli və trenddə olan rəngləri və elementləri xoşlayır. Bəziləri isə nə dəbə nə də ki, stilə üz tutur. O yalnız öz hisslərinə və daxildən gələn şəxsi zövqə önəm verir. 

Elvin Baxışovun sözlərinə görə, Azərbaycana gəldikdə isə bu il daha çox tünd sarı rəng dəbdə idi. Şirkət rəsmisi bildirib ki, bu il onların  işləri arasında sarı rəng və onun çalarlarından istifadə edənlərin sayı daha çox olub.

Vətəndaşlarımızın bəziləri  mənzillərini bu il  parlaq sarı ilə rəngləməyə üstünlük veriblər. Həmçinin bəzi şəxslər dəbdə olan rəngə yox açıq rənglərə üstünlük veriblər. Biz müştərilərimizi dəbdə olan rənglər ilə həmişə tanış edirik seçim isə hər zaman onların özündə olur deyə şirkət rəsmisi bildirib. 
Parlaq sarı rəngi  Rusiyada da trendə də olub. Hesab olunur ki, 2018-ci ildə dəbdə olan rənglər 2019-cu ildə də dəbdə ola bilər.

Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259