ƏMLAK

Əmlak Məsələləri Dövlət Komitəsinə verilən səlahiyyət
20 SENTYABR
393

Əmlak Məsələləri Dövlət Komitəsinə verilən səlahiyyət

2018-09-20 15:31:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.

Sənədə əsasən, torpaqların idarə olunması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) yeni səlahiyyətlər verilib. Belə ki, bundan sonra yerli icra hakimiyyətləri   kənd təsərrüfatı təyinatlı torpaqları Komitənin icazəsi olmadan icarəyə verə bilməyəcəklər.

Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların müvafiq yerli icra hakimiyyətləri tərəfindən icarəyə verilməsi  ƏMDK xüsusi razılığı əsasında həyata keçiriləcək. Bu da kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində nəzarətin gücləndirilməsi məqsədi daşıyır.  

Qeyd edək ki, bu prosesdə əvvəllər də ƏMDK iştirak edirdi. Torpaqlar icarəyə verilərkən Komitənin rəyi tələb olunurdu. Ancaq bir sıra hallarda bu rəy nəzərə alınmırdı və bununla da torpaqlardan  qeyri-səmərəli istifadəyə yol açılırdı  Artıq bu problemin aradan qaldırılması və icazələrin tətbiq edılməsi  qanunvericiklə təsbit olunub.  Bununla bağlı “Torpaq icarəsi haqqında” qanuna xüsusi 10-1-ci maddə əlavə olunub. Sənəddə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi qaydaları əksini tapıb.

Bununla kənd təsəsrrüfatı təyinatlı torpaqların gələcəkdə başqa məqsədlərlə istifadəsinin qarşısı alınacaq, bu sahəyə nəzarət daha da gücləndiriləcək. Yeni əlavə edilən maddədə həmin torpaqların icarəyə verilməsi zamanı xüsusi prosedurlar müəyyən edilib. Kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üçün iqtisadi qiymətləndirmələr və  digər əsaslandırmalar aparılmalıdır. Eyni zamanda bunun üçün verilən razılıq əsaslandırılmalıdır. Bütün bu məsələlər kənd təsərrüfatının inkişafına təkan verilməsi və dövlət mülkiyyətində olan torpaqların təyinatı üzrə daha geniş istifadə olunması məqsədi daşıyır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255