ƏMLAK

Mayk Tayson özünə evi Daşkənddə aldı
19 SENTYABR
2021

Mayk Tayson özünə evi Daşkənddə aldı

2018-09-19 17:54:00

Məşhur amerikalı boksçu, keçmiş dünya çempionu Mayk Tayson Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq iş mərkəzində tikilməkdə olan çoxmənzilli yaşayış binasının sahibi olub.

Fins.az xəbər verir ki, bu barədə Trend-ə beynəlxalq iş mərkəzinin rəhbərliyindən məlumat veriblər.

“Gardens Residence” yaşayış kompleksi 8 hektar ərazini əhatə edəcək.

Qeyd olunur ki, yaşayış kompleksi 9 premium sinifli binadan ibarət olacaq. 1138 mənzildən ibarət yaşayış kompleksinin 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255