Yeni tədris ili ilə bağlı Gəncə şəhərində hiss olunacaq dərəcədə sıxlıq müşahidə edilməkdədir. Gəncəyə axın həm də kirayə bazarında canlanma yaradıb.
Hazırda Gəncənin kirayə bazarında qiymətlər 15-20 faiz bahalaşıb. Artıq Gəncədəki universitet və kolleclərə qəbul olunan tələbələr ev axtarışına çıxıb. Bu isə kirayə bazarında tələbin artmasına səbəb olub. Fins.az xəbər verir ki, Gəncədə ev alqı-satqısı ilə məşğul olan əmlak şirkətindən GancaPost.com-a verilən məlumata görə, sentyabrda Gəncədə kirayə qiymətləri avqust ayı ilə müqayisədə artıb.
Hazırda universitetlərin yerləşdiyi ərazilərdə təmirindən asılı olaraq 1 otaqlı evlər 150-200 manata, 2 otaqlı evlər 250-300 manata, 3 otaqlı evlər isə 300 manatdan başlayan qiymətlərlə təklif olunur.
Artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur.