ƏMLAK

“Güzəştli mənzil”ləri ən çox bu şəxslər seçiblər
06 SENTYABR
1409

“Güzəştli mənzil”ləri ən çox bu şəxslər seçiblər

2018-09-06 21:05:00

Mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatlar açıqlanıb. Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin açıqladığı statistik məlumatlarda qeyd olunur ki,  ən çox mənzili hərbiçilər seçib. Satışa çıxarılmış 324 mənzilin 104-ü hərbiçilər tərəfindən seçilib. Kateqoriyalara görə, dövlət qulluqçuları 74, polislər 48, məcburi köçkün və ya ona bərabər tutulan şəxslər 47, müəllimlər 28, alimlər 14, idmançılar 5, şəhid ailəsinin üzvləri isə 4 mənzil seçiblər. Ödəniş üsluna görə isə, mənzilin dəyərini 36 nəfər öz vəsaiti hesabına, 288 nəfər ipoteka krediti ilə ödəyəcək. Mənzillərin 61%-i yaşı 35-dən yuxarı olan şəxlər tərəfindən əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255