ƏMLAK

Bu binada mənzilin kv metri 3 min manatdır
20 AVQUST
1456

Bu binada mənzilin kv metri 3 min manatdır

2018-08-20 15:33:00

Hazırda paytaxt Bakıda bir vaxtlar olduğu kimi  tikinti bumu olmadığına baxmayaraq  müəyyən yeni və müasir tikintilər həyata keçirilməkdədir. Söhbət el arasında "novostroyka" kimi tanınan yaşayış komplekslərindən gedir. Fins.az Bakıda premium sinfə aid yaşayış komplekslərində qiymətlərlə maraqlanıb.

Belə ki,  Tbilisi prospektində Yeni Həyat MMC-nin reallaşdırdığı Grand Həyat yaşayış kompleksində hər kv m-in qiyməti  1300-1700 manat arasında dəyişir. Mənzillər təmirsizdi və müqavilə əsasında satılır. Sahiblərə çıxarış 2019-cı ilin yayında təqdim ediləcək. Kompleks 10 ədəd 27 mərtəbəli binadan ibarət olacaq.

Digər bir haqqında söz açmaq istədiyimiz tikili Aral Groupa məxsus Roseville Apartmentləridir.  Bakıda zooparkın yaxınlığında yerləşən bu binalarda təmirsiz 140 kv m lik mənzillərin hər kv metri  3 min manatdır. Binada avtomobil üçün dayanacaq yerləri 50 min manatdır.

Sipark İnshaat  28 may metrosunun yaxınlığında yerləşir.  16 mərtəbəli binanın hər mənzilinin kv metri  1200 manatdır. Bu binada iki otaqlıların sahəsi isə 53.7kv m –dan 113.5 kv m –dək dəyişir.

Park Group MMC-isə müştərilərinə Teras Park lahiyəsini təqdim edir. Kompleks Bakıxanov qəs., Sakit Qocayev 35 Aygün City ticarət mərkəzi ilə üzbəüz yerləşir. Teras Parkda mənzillərin kv metri 850 manatdır. Həmçinin əlavə 15 min manat ödəməklə avtomobiliniz üçün dayanacaq yeri də ala bilərsiz. Aylıq ödənişlə qarajları icarələmək də olar. Bu arada qeyd edək ki, 23 mərtəbəli binanın həyətində bağça və hipermarket olacağı istisna edilmir.

Pilot Residence –in inşa etdiyi 5 bloklu 12 mərtəbəli binada ən kiçik mənzilin sahəsi 110 kv m-di. Mənzillərin hər kv metri 2700 manatdır. Binada qaraj almaq istəyənlər isə bir maşınlıq yer üçün 50 min manatlarından keçməli olacaqlar.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259