ƏMLAK

Azərbaycanlıların Türkiyədə aldıqları mənzillərin sayı bəlli olub
17 AVQUST
415

Azərbaycanlıların Türkiyədə aldıqları mənzillərin sayı bəlli olub

2018-08-17 16:31:00

 Bu ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 487 mənzil alıb. Fins.az-ın məlumatına görə, "Report" türk mətbuatına istinadən xəbər verir ki, azərbaycanlılar bu göstəriciyə görə digər ölkələrin vətəndaşları arasında 9-cu yerdədir. 

Ümumilikdə 7 ay ərzində xarici vətəndaşlar Türkiyədə 14 676 mənzilə sahib olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65,6% çoxdur. 

Qonşu ölkənin daşınmaz əmlak bazarına ən çox investisiya yatıranlar İraq (2 571 mənzil), Səudiyyə Ərəbistanı (1 298 mənzil), İran (1 265 mənzil), Rusiya (988 mənzil) və Əfqanıstan (862 mənzil) vətəndaşlarıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258