2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 97,1 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Yanvar-iyul aylarında mənzil tikintisinə 580,8 mln. manat (artım 21,7%) məbləğində investisiya qoyulub. Ötən il mənzil tikintisinə 891 mln. manat (artım 21,7%) məbləğində investisiya qoyulub
2017-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 727,4 min kvadratmetr təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,6% azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır