ƏMLAK

Bakıda bu ərazidə torpağın sotu 80 min manatdır
16 AVQUST
652

Bakıda bu ərazidə torpağın sotu 80 min manatdır

2018-08-16 14:17:00

Bu qəsəbədə yerindən asılı olaraq torpağın sotuna görə, qiyməti fərqlənir. Badamdarda torpağın qiyməti 4-80 min manat arasında dəyişir.

Misal üçün Qurd Qapısı deyilən ərazidən Badamdar qəsəbəsinə daxil olanda yol kənarı ərazilər və bir qədər yola yaxın olan ərazilərdə torpağın bir sotunun qiyməti 70-80 min manat təşkil edir. Bu sözləri Fins.az-ın sualını cavablandırarkən "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Bildiyiniz kimi Badamdar qəsəbəsi bir neçə massivdən ibarətdir. 1-ci 2-ci massiv dəki torpağın bir sotunun qiyməti ən ucuzu 40 min manatdır deyə ekspert bildirdi. Badamdarda dağ deyilən ərazidə Badamdarın 3 massivində isə torpağın sotuna görə qiyməti 40 – 22 min manat arasında dəyişir.

Nüsrət İbrahimovun sözlərinə görə hazırda torpaq alan şəxslər sənədsiz torpaq almırlar.Həmçinin ekspert onu da qeyd etdi ki, əvvəl ki illərlə müqayisədə Badamdarda torpaq satanlar da alanlar da  azalıb. Buna səbəb isə qəsəbənin artıq oturuşmasıdır.

Ekspert hazırda torpaq almaq istəyən orta təbəqənin Bakı kəndlərinə üz tutduqlarını bildirdi. Ekspertin sözlərinə görə hazırda paytaxtın kəndlərində torpağın sotu 1500-10 min manat arasında dəyişir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258