ƏMLAK

Tikinti materiallarının istehsalı kəskin artıb
16 AVQUST
200

Tikinti materiallarının istehsalı kəskin artıb

2018-08-16 11:40:00

Azərbaycanda tikinti materiallarının istehsalı kəskin artıb. Bunan səbəb tikinti layihələrinin, xüsusilə, mənzil tikintisi sahəsində pilot layihələrin sayının artmasıdır.  Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyul aylarında 322 milyon 780 min manatlıq tikinti materialları istehsal edilib. Bu, 2017-ci ilin müvafiq dövrünə nisbətən 31,7% çoxdur.

“Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 31,7 faiz artaraq 322,8 milyon manat təşkil etmişdir. Hörmə üçün hazır beton qarışığının istehsalı 2,2 dəfə, tikinti əhənginin istehsalı 27,3 faiz, sementin istehsalı 21,6 faiz artmış, tikinti kərpicinin istehsalı 4,0 faiz, tikinti gipsinin istehsalı 43,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 58,9 faiz azalmışdır”,- Komitənin hesabatında deyilir.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256