ƏMLAK

47 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı (FOTO)
13 AVQUST
294

47 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı (FOTO)

2018-08-13 10:13:00

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 11-i növbəti hərrac keçirəcək.

Komitədən Fins.az-a verilən məlumata görə, hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyəti, 11-i kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Hərraca Bərdə, Oğuz, Salyan, Şəki kimi rayonlarda yerləşən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən səhmdar cəmiyyətləri çıxarılıb. Onlara Lerik Kəndkimya, Kürdəmir Quşçuluq, Şəki Tikinti Quraşdırma kimi dövlət əmlakları aiddir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektləri Bakı, Salyan, Astara, Lənkəran kimi şəhər və rayonlarda yerləşir. Dövlət əmlaklarının ümumi faydalı sahəsi 14.8 kv.m ilə 3 min 763 kv.m aralığındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259