ƏMLAK

Bakının bu hissəsində böyük söküntü başladı - VİDEO
07 AVQUST
338

Bakının bu hissəsində böyük söküntü başladı - VİDEO

2018-08-07 11:36:00

Paytaxtın Yasamal rayonunda 75 evin söküntüsünə başlanılıb. Buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir. Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.

Fins.az-ın məlumatına görə, artıq plana düşən evlərin sakinlərinə kompensasiya verilib. Mənzillərin sahibləri evlərdən çıxarılıb və söküntüyə başlanılıb. Yeni yol Yasamal bazarının yaxınlığından, yəni “ASAN xidmət”in kənarı ilə çəkilir.

Ümumi uzunluğu 1310 metr olacaq yolun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri qurulacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yeni yolun inşası yaxın aylarda yekunlaşdırılacaq və vətəndaşların istifadəsinə veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253