ƏMLAK

Tikinti materialları da bahalaşıb – QİYMƏTLƏR
03 AVQUST
1245

Tikinti materialları da bahalaşıb – QİYMƏTLƏR

2018-08-03 16:57:00

Yay fəsli həm də tikinti mövsümü olduğuna görə, hazırda inşaat sektorunda ciddi canlanma var. Fins.az xəbər verir ki, bu, eləcə də digər amillər ölkədə tikinti materiallarının qiymətinə də təsirini göstərib. Müşahidələr göstərir ki,  ötən illə müqayisədə əksər tikinti materiallarının qiymətində kəskin bahalaşma var.
Tikinti daşı  - BAHALAŞIB
Ötən il 1 daşın qiyməti minumum 40-42 qəpik arasında olsa da, bu ilin əvvəlində 39-40 qəpiyə enmişdi. İndiki qiymət isə 10-12 qəpik qalxaraq 50-52 qəpik arsında dəyşir. Başqa sözlə, ilin əvvəlinən indiyədək mişar daşı təqribən 30% bahalaşıb.
Tikinti qumu – BAHALAŞIB
Qumun qiyməti kubmetrlə ölçülür. Ötən il 1 m3 kubun qiyməti 10 manat idi. Bu ilin əvvəlində isə qiymətlər 60-70% artaraq 16-17 manata yüksəlib. 
Sement – dəyişiklik yoxdur
Sement qiymətləri isə satış formasına görə fərqlidir. Böyük tikinti şirkətləri sementi böyük həcmlərdə - tonlarla alırlar. Bu variantda qiymət 1 ton üçün 110 manat ətrafındadır. Ötən il də qiymətlər belə idi.  Qiymətin dəyişməməsinin əsas səbəbi sementin daxili istehsal olmasıdır. Kisə qiymətləri isə 40 kiloqramlıq sement üçün 5 manatdan başlayaraq 7 manata qədər dəyişir.
Armatur - UCUZLAŞIB
Armaturun qiyməti  bu il ucuzlaşıb. Belə ki, 1 ton 8 mm-lik armaturun qiyməti ötən il 1100 manat idisə indiki qiymət 980 manatdan başlayır ki, buda 11% azalma deməkdir. Eyni zamanda başqa ölçülü armaturların qiymətində də 100-120 manat ucuzlaşma var. Bundan başqa kəsinti formasında alınan armaturun qiyməti 8 mm-lik armaturda 1 metri  45 qəpik, 32 mm-lik armaturda isə 7 manatdan təklif edilir.
Dam örtükləri - BAHALAŞIB
Dam örtüklərinin qiyməti isə ölçüsünə və qalınlığına görə fərqlidir. Dəmirin qiyməti keçən il 6,5 manat olub. 2018 ci ilin əvvəlindən isə qiymətlər 1 manat yüksələrək  7,5 manat olub. 
Şiferdən son zamanlar çox istifadə olunmaması onun bahalaşmasına imkan vermir. Hal-hazırda şiferin 1 m2-i 3 manatdan başlayır, ötən il də qiymətlər belə idi.
«Çerepitsa» son illərdə ən çox işlənən dam örtüyüdür. Keçən ilki qiymət 1 m2  üçün 6 manat olub. Hal-hazırda isə 33% bahalaşaraq 8 manat olub. Qiymətlər həmçinin keyfiyyətnə və qalınlığına görə fərqlidir.
Kafel - DƏYİŞMƏYİB
Kafelin qiyməti dolların məzənnəsinə uyğun olaraq dəyişir. Belə ki, keçən ilki qiymətlər demək olar ki, dəyişməyib. Burada ən aşağı qiymət 9,4 manatdan başlayır, ən bahalı İtaliya brendlərində isə kvadratmetr üçün 180 manatdır.
Şpatlyovka - DƏYİŞMƏYİB
Bu bazarda yerli istehsal çoxluq təşkil edir və nəticədə keçən illə müqayisədə qiymət artımı yoxdur. Astar yaxma 30 kiloqramlığı 4,9 manatdan, üz yaxma 30 kiloqramlığı 5,5 manatdan, makina suvağı 30 kiloqramlığı 4 manatdan və birbaşa astar 30 kiloqramlığı 4,7 manatdan başlayır.
Divar kağızı (oboy) - BAHALAŞIB

Ötən ilki qiymətlə indiki qiymət arasında 0,5-1 manat aralığında artım var. Belə ki, 2017-ci il oboyun qiyməti 1 m2 1.5-2 manatdan başlayırdısa indi bu qiymət , 2,5-13,5 manat arasındadır.
Taxta  - KƏSKİN BAHALAŞIB
Taxtanın qiyməti onun keyfiyyəti (düyünlü-düyünsüz olması), yaş və quru olması ilə dəyişir. Belə ki,keçən il yaş taxtanın 1 kubu 230 manatdan başlayırdısa,bu ilin əvvəli və indiki qiyməti 330 manatdır buda ötən illə müqayisədə 44% artım deməkdir. Quru taxtanın düyünlü variantı ötən il 300-350 manatdan başlasada bu ilin əvvəli və indi qiyməti 450 manatdan (50% artıb) başlayır. Düyünü az olan və heç olmayan döşəmə taxtasının qiyməti keçən il 500-550 manat idisə, indi bu qiymət 700 manatdır. Keçən illə müqayisədə düyünlü taxta 29-50% qiymət artımı,düyünsüz taxtada 28-40% artım müşahidə olunub.
Diktlərə gəldikdə taxtada olduğu kimi bunda da artım olub. Keçən il 18 milimetirlik diktin qiyməti 22 manat olubsa ilin əvvəlində və indi bu qiymət 35 manatdan başlayır ki, buda 59% artım deməkdir. Artımın səbəbi tələbatın çoxluğudur.
Santexnika –BAHALAŞIB
Santexnika mallarının bəzilərinin qiymətində ciddi dəyişmə yoxdur. Amma bahalaşanlar da var. Məsələn, ötən il 24 litirlik kombilərin qiyməti 450-500 manat olubsa, bu il 30-33% artım ilə müşahidə olunub və 600-650 manatdan başlayır. Başqa ölçülü kombilərin qiymətində 2017-ci illə müqayisədə 100-150 manat artım var.
Plastik boruların qiymətindən isə dəyişiklik əsaən Türkiyə istehsalı olanlarda baş verib. Yerli istehsal olan 25-lik sadə su borularının qiyməti 1 m üçün 0,9-1,1 manat arasındadır, ötən ildən bəri dəyişiklik yoxdur. Türkiyə isehsalı olan 25-lik su borusunun qiyməti isə ötən ilki 1,2-1,6 manatdan bu il 1,4-1,8 manata qalxıb. 32-lik yerli boruların qiyməti 1,2 manatdır – ötən ildən bu yana dəyişməyib. Türkiyə istehsalı olan 32-lik boruların qiyməti isə artıb, ötən 1,8-2 manat arasında olan borular bu il 20-40 qəpik artaraq 2,2-2,4 manatdan başlayır. 
Elektrik malları - BAHALAŞIB
Elektrik avadanlıqlarının qiymətində keçən il və bu il arasında qiymət fəryləri ciddi olmasa da mövcuddur. Ev üçün lazım olan 2,5-lik kabellərin 1 metrinin qiyməti ötən il 27 qəpik, 4-lük kabelin qiyməti 40 qəpikdən başlayırdısa, indiki qiymət  2.5-lik kabel üçün 30 qəpikdən, 4-lük kabel 45 qəpikdən başlayır. Qiymətlərdə  cəmi 3 və 5 qəpik bahalaşma müşahidə olunur. Başqa ölçülü kabelərində qiymətində 3-5 qəpik artım var.

©FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259