ƏMLAK

500 min manat kapitalı olan əmlak şirkəti yaradıldı
01 AVQUST
283

500 min manat kapitalı olan əmlak şirkəti yaradıldı

2018-08-01 11:54:00

2018-ci ilin iyun ayında Vergilər Nazirliyi 100-500 min manat nizamnamə kapitalı ilə bir saıra şirkətləri qeydiyyata lıb.Fins.az xəbər verir ki, Nazirliyin materiallarına əsasən, iyunun 7-də 500 min manat nizamnamə kapitalı ilə "URBN Real Estate Group" MMC-ni qeydiyyata alıb. Şirkətin rəsmi nümayəndəsi Vüsal Ağayevdir.

Bundan başqa, nazirlik iyunun 7-də 100 min manat nizamnamə kapitalı ilə "Polimer Investments" MMC-ni qeydiyyata alıb. Şirkətin rəsmi nümayəndəsi Rafiq Həsənovdur.

İyunun 8-də nazirlik Göygöl rayonunda fəaliyyət göstərən "Trium LTD-Z" MMC və "Gold Reserve-A” MMC-ni qeydiyyata alıb. Hər iki şirkətin nizamnamə kapitalı 200 min manata bərabərdir. Şirkətin rəsmi nümayəndəsi Orxan Dadaşzadədir.

Eyni zamanda, nazirlik mövcud qanunvericilik normalarına əsasən, həmin şirkətlərin təsisçilərini qeyd etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256