ƏMLAK

Bulvardakı obyektlər yenidən qurulacaq - YENİLİK
01 AVQUST
158

Bulvardakı obyektlər yenidən qurulacaq - YENİLİK

2018-08-01 10:55:00

Bulvardakı obyektlərin görünüşü ilə bağlı vahid tələblər və yenidənqurma proqramı hazırlanacaq. Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyası və müvafiq yenidənqurma (rekonstruksiya) proqramı hazırlanacaq. Fins.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bulvar İdarəsi ilə razılaşdırılmaqla, Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyasının və müvafiq yenidənqurma (rekonstruksiya) proqramının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259