ƏMLAK

Yaşayış kompleksi “Qorunan həyət” konsepsiyasını təqdim edir
30 İYUL
233

Yaşayış kompleksi “Qorunan həyət” konsepsiyasını təqdim edir

2018-07-30 15:31:00

Yasamal rayonunun seçilən yaşayış kompleksi “Renessans Palace”  1,5 hektarlıq ərazisini “Qorunan həyət” konsepsiyası ilə təqdim edir.

 Dörd binanın həyəti kənardan girişlərə qapadılaraq yalnız sakinlərin istirahəti üçün aktiv zona kimi nəzərdə tutulub. Burada yaşıllıq, ağaclar, xüsusi qaçış və velosiped zolaqları, voleybol və basketbol meydançası, tennis kortu, uşaqlar üçün oyun meydançaları, velo parkinq əhalinin ixtiyarında olacaq. Kompleksin aşağı mərtəbələrində fəaliyyət göstərəcək kommersiya obyektlərinin belə daxili parka çıxışı olmayacaq.

 Valideynlər uşaq meydançalarında qurulan xüsusi video müşahidə kameralarının köməyilə evdən öz övladlarına nəzarət edə biləcəklər. Xüsusi nəzarət sistemi hesabına yad insanların kompleksə birbaşa girişi və çıxışı yalnız icazə əsasında olacaq.

 “Renessans Palace”da, həmçinin, sakinlərin rahatlığını və təhlükəsizliyini tam təmin etmək üçün “Avtomobilsiz həyət” prinsipi də əsas götürülərək aktiv zonaya avtomobillərin girişinə tam qadağa qoyulacaq. Həm sakinlərin özləri, həm də onların qonaqları üçün nəzərdə tutulan 3 mərtəbəli yeraltı qaraj isə məhz “avtomobilsiz həyat” yanaşmasını insanların rahatlığını pozmadan tətbiq etməyə imkan verəcək.  

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259