ƏMLAK

Plana düşən ev və torpaqlar neçəyə alınacaq? -AÇIQLAMA
24 İYUL
2213

Plana düşən ev və torpaqlar neçəyə alınacaq? -AÇIQLAMA

2018-07-24 12:19:00

Azərbaycanda yen salınacaq yollar üçün əhalidən alınacaq torpaq sahələri və obyektlərin qiyməti məlum olub. Nazirlər Kabineti yeni yoların çəkilməsi üçün əhalidən torpaq sahələrinin alınması haqqında iki qərar qəbul edib. Birinci qərara əsasən, Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisi üçün layihənin altına düşən torpaqların alınması nəzərdə tutulur. Torpaqların alınması işləri  Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib.

 İkinci qərər isə Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisinə aiddir. Söhbət Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisindən gedir. Nazirlər Kabinetinin qərarına görə, bu yolun altına düşəcək torpaq sahələri və obyektlər də dövlət ehtiyacları üçün alınacaq. Burada da torpaqların alınması işləri  Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib.

 Agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Bakı-Quba-Rusiya sərhədi yolu üçün torpaqlar Bakıdan 45 kilometr sonrakı ərazilərdən başlayaraq alınacaq və Sel kənarından keçərək Qəndob qəsəbəsinə qədər davam edəcək.

 A.Nəcəfli bildirib ki, bu istiqamətdə yolun keçdiyi ərazidə obyekt və ya ev yoxdur, ona görə də yalnız torpaq sahələri alınacaq. Əhalidən alınacaq torpaqların qiyməti də məlumdur - hər hektar üçün 15 min manat. Mətbuat katibi bildirib ki,  bu qiymət Agentliyin müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilib.

 Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yola gəldikdə isə ilkin qiymətləndirmələrə görə, burada yolun üstündə azı 23 ev və obyekt var. Bunların alış qiyməti isə hər kvadratmetr üçün maksimum 1020 manat olacaq. A.Nəcəfli bildirib ki, yeni yolun tikintisi başlayıb, onun bir hissəsi Böyük Şor gölünün üzərindən keçir. (Fed)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251