ƏMLAK

Tikinti şirkəti 1500-2000 manat maaşla işçi axtarır
18 İYUL
957

Tikinti şirkəti 1500-2000 manat maaşla işçi axtarır

2018-07-18 15:22:00

Melissa Group” yeni tikinti layihələrinin artması ilə əlaqədar olaraq “İnşaat-tikinti mühəndisi” vakansiyası elan edir:

Vəzifə öhdəlikləri:

• Yüksən mərtəbəli yaşayış binalarının tikintisinə texniki rəhbərliyin həyata keçirilməsi; 
• Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi, 
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsi. 
• Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi.
• İstehsalın (tikintinin) mühəndis hazırlığının, inşaat texnikasının istismarının, təmir və modernləşdirilməsinin aparılması, tikinti istehsalının təkmilləşdirilməsini, tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin prinsiplərinin geniş tətbiq edilməsi;
• Təbii və tikinti ehtiyatlarının qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikinti-istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi.
• Layihə-smeta sənədlərinin hazırlanması.
• Tikinti-istehsal layihələrinin işləmələrini və icrasının, tikinti istehsalının texniki səviyyəsinin artırılması üzrə tədbirlərin, yeni texnika və texnologiyanın tətbiqi planlarının, elmi-tədqiqat və təcrübə-konstruktiv işlərinin texniki-təşkilat tədbirlərinin, tikintinin təşkili layihəsində (POS-TTL) nəzərlə tutulmuş tədbirlərin yerinə yetirilməsi. 
• Tikinti istehsalının, əməyin və idarəetmənin elmi və qanuni əsasda təşkilinin təkmilləşdirilməsi, hesablama texnikasının tətbiqi, idarəetmə işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması. 
•  Sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi (SƏTƏM) üzrə mühəndis-texniki işçilərlə ilkin, aylıq, rüblük və s. təlimatın aparılması və işçilərin öyrədilməsi, işçilər tərəfindən əməyin mühafizəsi üzrə norma və qaydalarının icra olunmasına nəzarət edilməsi. 
• Bədbəxt hadisələrin araşdırılmasında iştirak edilməsi. 
• İstehsalatda əməyin təhlükəsizlik standartlarının hazırlanması və tətbiqi üzrə, həmçinin iş yerlərinin və texnoloji proseslərin attestasiyası üzrə işlərin aparılması.

Bilməlidir: 

• Əsaslı tikintinin əsas iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini; 
• Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının sərəncamlarını, əmrlərini, digər normativ-hüquqi sənədləri, sahənin və tikintinin texniki və iqtisadi inkişafının perspektivlərini; 
• Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini; 
• Əməyin və idarəetmənin təşkilini; 
• Podrat müqavilələrinin bağlanma və icra qaydalarını; 
• Təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını; 
• Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni; 
• Mülki və əmək qanunvericiliyinin əsaslarını;
• Əməyin mühafizəsi, SƏTƏM, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları.

Vəzifəyə dair tələblər:

• Sənaye və mülki tikinti üzrə ali təhsil (İnşaat mühəndisliyi);
• Yüksək mərtəbəli yaşayış binalarının tikintisində mühəndis və sahə rəisi kimi 5 ildən çox iş təcrübəsi;
• Əllə eskizləri çəkmək bacarığı;
• Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi; 
• Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
• Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Digər məlumat:

• Altıgünlük iş qrafiki. 
• Əməkhaqqı: 1500-2000 manat

 
CV-lərinizi [email protected] ünvanına "mühəndis" başlığı ilə göndərməyiniz və ya  https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259