ƏMLAK

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - YENİLİK
09 İYUL
429

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - YENİLİK

2018-07-09 14:03:00

Azərbaycanda ipoteka krediti götürmək istəyənlər üçün yeni tələblər tətbiq edilib. Fins.az-ın məlumatına görə, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun banklara göndərdiyi məktubda bildirilir. Yeni qaydalara görə, intizamsız kredit ödəyicilərinin ipoteka krediti götürməsi problem ola bilər. Belə ki, Fondun tələblərinə görə, ipoteka krediti üçün tələb edilən anda gecikməsi olan cari kreditləri olan şəxslərə ipoteka krediti verilməyəcək. Bundan başqa, müraciət tarixindən əvvəlki 2 il ərzində 90 günən artıq vaxtı keçmiş kreditləri olan şəxslərə də kredit verilməyəcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Nəhayət, müraciət tarixindən əvvəlki 3 ay ərzində ümumi məbləği 20000 manatdan çox olan kredit və ya zaminlik öhdəliyi olan şəxslərin də kredit götürməsi ilə bağlı çətinlik olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270