ƏMLAK

Bakıda günlük,həftəlik ofis kirayə etmək olacaq- QİYMƏTLƏR
09 İYUL
1146

Bakıda günlük,həftəlik ofis kirayə etmək olacaq- QİYMƏTLƏR

2018-07-09 09:30:00

Dünya praktikasında tam yeni formatda ofis həllərini təbliğ edən qlobal Regus şirkəti Azərbaycanda da öz fəaliyyətini davam etdirməkdədir. Geniş şəbəkəyə malik şirkət Azərbaycan coğrafiyasına yaxın olan Rusiya Federasiyası, Türkiyə Respublikası, Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla dünyanın 115 ölkəsində təmsil edilir. Regus – Azərbaycan mərkəzinin xidmətlərindən istifadə edən yerli müştərilər qeyd olunan 115 ölkənin 3000 dən artıq mərkəzində ofis xidmətlərindən əlavə haqq ödəmədən istifadə etmək imkanı əldə edirlər. Digər tərəfdən, Regus dünyada 50 milyondan artıq Wi-Fi çıxışlarına malikdir ki, bu faktor müştərilərimizə dünyanın müxtəlif ölkələrində internetdən geniş istifadə etmək imkanı yaradır.

 Azərbaycanda açılan ilk Regus Bakı Ağ Şəhər mərkəzi, Bakı şəhəri Nobel prospekti 25 ünvanında, Bakı Ağ Şəhər biznes mərkəzinin 5-ci mərtəbəsində yerləşir. Regus Bakı Ağ Şəhər Mərkəzi– müstəqil olaraq, ofis mühitində işin təşkili üçün hazırlanmış unikal bir məkandır. Bu məkan müasir avadanlıq, səliqəli modern mebel, geniş sahə, interaktiv görüş otaqlarından ibarətdir. İstifadəyə tam hazır otaqlar ən müasir ofis avadanlığı və effektiv havalandırma sistemi ilə təchiz edilib. Gülərüz peşəkar personal və müasir inzibati dəstək xidmətlərimiz isə müştərilərin daimi məmnuniyyətinin təmin edilməsinə xidmət edir.

 Regus ofisləri bir sıra üstünlüklərə sahibdir. Qeyd edildiyi kimi, ofislər hazır mebel və avadanlıqlarla təklif edilir. Bundan əlavə ofislər müştərilərinə istədikləri şərtlərlə və anında təqdim olunur. Bütün proseslər operativ və zaman itkisi olmadan həyata keçirilir. Regus Bakı Ağ Şəhər mərkəzində bir günlük, həftəlik, aylıq və ya bir neçə illik, tək nəfərlik və ya bütün komanda üçün ofislər təqdim olunur. Əlavə olaraq xidmətlərimizə kovorking sahələri, virtual ofis xidmətləri, tam inzibati dəstək və təmizlik xidmətlərinin də daxil olduğunun qeyd edilməsi vacibdir. Bununla yanaşı mərkəzimizdə videokonfrans sistemli iclas otaqları, biznes zalı mövcuddur.

 Müştərilərimiz bizi seçdikdə nüfuzlu iş yeri ünvanı, təhlükəsiz yüksək sürətli internet, fərdi telefon xətti, server otağından istifadə, daxili lokal şəbəkənin qurulması, printer və 24/7 mühafizə xidməti ilə təmin olunur.

 Ağ şəhər biznes mərkəzinin nüfuzu və xidmət səviyyəsi sizin biznesinizin inkişaf üçün əlverişli şərait yaradır. Binanın ikimərtəbəli avto dayanacaq yeri mövcuddur. Açıq sahədə yerləşən parkinq ərazisi qonaqlar üçün, qapalı sahədə isə mərkəzin və binanın istıfadəçiləri üçün nəzərdə tutulub.

 Mərkəzdən istifadə haqqı ofisin yerləşmə mövqeyinə görə, yəni dəniz mənzərəli, həyətə baxan və ya daxili olmasından asılı olaraq,  bir gün / nəfər üçün 11 manatdan 17 manata qədər dəyişir. Yəni, bütün xidmətlər və avadanliqlar daxil olmaqla bir əməkdaşın bir ay ərzində ofis icarəsi xərci 330 manatdan 510 manata qədər dəyişir.

 Əvvəldə sadalanan bütün bu və ya digər imkanlarla, Regus, biznesinizə uğurlu töhvələrini verəcək. Artıq müasir zamanda iş gedişatı tamamilə yeni və müasir həllər tələb edir. İşinizi bizə etibar edin, bütün qalan məsələləri isə biz özümüz idarə edəcəyik. Bütün dünyada tanınan Regus-la bütün qoyduğunuz hədəflərə nail olacaqsınız!

 Əlaqə üçün: Baku AZ1025, Nobel avenue 25E,

Şəhər telefonu +99412 4042930

Mobil telefonu +99450 2659171

 Uğurlu əməkdaşlıq diləyirik!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256