ƏMLAK

Vergi borcuna görə 200 min manatlıq əmlakı hərraca çıxarıldı
05 İYUL
297

Vergi borcuna görə 200 min manatlıq əmlakı hərraca çıxarıldı

2018-07-05 11:11:00

Vergilər Nazirliyi vergi borcuna Bakıda  fəaliyyət göstərən "Ocaq" müəssisəsinin 200 min manatlıq əmlakını hərraca çıxarıb.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, vergi ödəyicisi olan "Ocaq" müəssisəsinin Bakı şəhəri, Səbail rayonu, Cənub körpüsü, ev 3-də yerləşən qapı və pəncərə istehsalı üçün müxtəlif növ avadanlıq və dəzgahlara 200 min manat qiymət qoyulub. İlkin hərracda satılmadığından avadanlıq və dəzgahların qiyməti 10% aşağı salınaraq 180 min manat müəyyənləşdirilib.

Hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 18 min manat beh verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258