ƏMLAK

«Adamlarımız evlərini satıb Azərbaycanda dollar alırlar»
02 İYUL
808

«Adamlarımız evlərini satıb Azərbaycanda dollar alırlar»

2018-07-02 10:32:00

İran prezidenti Hasan Ruhaninin müşaviri Akbər Torkan ölkədə davam edən valyuta böhrana görə, İran Mərkəzi Bankını (CBİ) günahlandırıb. İranın yarımrəsmi informasiya agentliyi olan «Tasnim» müsahibəsində müşavir bildirib ki, Mərkəzi Bank dolların məzənnəsini 42 min rial səviyyəsində saxlaya bilməyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

«Dolların sabitləşməsi ilə bağlı qərarı gecikdirməklə, Mərkəzi Bank vəziyyəti kritik həddə çatdırıb», - deyə İran prezidentinin müşaviri bildirib.

Xəbər verildiyi kimi, son günlər İran mili valyutası dollar qarşısında kəskin ucuzlaşıb. Bu da demək olar ki, bütün İran şəhərlərində etirazlara səbəb olub. İran hökuməti baş verənlərdə ABŞ-ı ittiham ediblər.

Əkbər Torkan bildirib ki, İran vətəndaşları öz əmlaklarını sataraq kütləvi surətdə Azərbaycan, Türkiyə və Gürcüstana gedirlər. Onlar bu ölkələrdə dollar alaraq geri qayıdırlar. Bundan başqa, İran prezidentinin köməkçisinin sözlərinə görə, bəzi idxalçı şirkətlər hökumətdən dolları 42 min rial qiyməti ilə alaraq qara bazarda 81 min reila satır, bununla da böyük pullar qazanırlar.

Xatırladaq ki, son günlər İranda dolların kəskin bahalaşması və devalvasiyaya qarşı etirazlar ölkənin bütün şəhərlərində, o cümlədən Tehran, Kerey, Məşhəd, Bəndər Abbasda, eləcə də Kəşm adasında keçirilib. İrandakı etirazlar Azərbaycan vilayətlərini də əhatə edib.

Etirazların təşəbbüskarları kiçik ticarət obyektlərinin sahibləri olub, onlar mağazalarını bağlayaraq küçələrə çıxıblar. Eyni zamanda sosial şəbəkələrdə bu məsələyə görə kütləvi həbslər barədə məlumatlar yayılır. (Fed.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270