ƏMLAK

Bakıda iri layihələrinin həyata keçirilməsi üçün 6 şirkət yaradılıb
25 İYUN
2045

Bakıda iri layihələrinin həyata keçirilməsi üçün 6 şirkət yaradılıb

2018-06-25 09:32:00

Azərbaycanda altı yeni şirkət yaradılıb.  Hesab edilir ki, onlar Bakıda genişmiqyaslı investisiya layihələrinin həyata keçirilməsi üçün təsis edilib. Söhbət Crescent Development Project, Gilan Tower, Baku Bay, Park Academy (https://www.urbnlimited.com/portfolio ) tikintisindən gedir.

"Urbn Az Development", "Urbn İnternational Development", "Urbn Real Estate Group" və "Urbn Real Estate Services"in hüquqi ünvanı Gilan Towers-dir. Bu şirkətlərin nizamnamə kapitalı 10 min 500 min manat təşkil edib. Şirkətlər bu il 7 və 21 iyun tarixlərində dövlət qeydiyyatından keçib. Bütün şirkətləri Vüsal Ağayev idarə edir.

Həmçinin iki şirkət ("Urbn Logistics" və "Urbn Real Estate Management") yaradılıb və onlara Lourens Çarli Elms idarə edir. Bu qrupun ilk şirkəti ("Urbn Limited" MMC) ötən ilin oktyabrında təsis edilib. Onu da L.Elms idarə edir. Bu şəxslər "Sabah P & D International" şirkətinin Dubay ofisində təmsil olunurlar. Bu şirkət son dörd il ərzində fəaliyyət göstərib. Onun törəmə şirkəti 2014-cü ilin fevral ayında Bakıda təsis edilib və ilk direktoru Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov olub. Bu qrup keçən il Bakıda və xaricdə ümumi büdcəsi 10 milyard ABŞ dollarından artıq olan nəhəng investisiya layihələrinin tikintisi üzrə planlarının bir hissəsini açıqlayıb. (Fed.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254