ƏMLAK

«Novostroykalar»ın satışında daha bir yenilik –QƏRAR
21 İYUN
2923

«Novostroykalar»ın satışında daha bir yenilik –QƏRAR

2018-06-21 14:33:00

Azərbaycanda yeni tikilən binalarda mənzillərin tikinti şirkətləri tərəfindən satılması, alqı-satqı prosesi və bu zaman vergi tutulması qaydasında dəyişiklik var. Fins.az xəbər verir ki, bu “Azərbaycan   Respublikasında  notariat   hərəkətlərinin aparılması  qaydaları haqqında Təlimat”da  dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulur.
Qaydalara əlavə edilən yeniliyə əsasən Vergi Məcəlləsinin 221.5-ci maddəsinə uyğun olaraq, sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edildiyi halda, bu hesablamanı təsdiq edən məlumat Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə notariusun verdiyi sorğu əsasında əldə edilir.
 
Bundan başqa, notarius rəsmiləşdirilməsi zamanı tərəflərdən bəzi arayışların istənilməsinə də son qoyulacaq. Belə ki, yeniliyə görə, əgər notarius adamın evli-olub olmadığını “Vətəndaşlıq Vəziyyəti Aktları” avtomatlaşdırılmış informasiya sistemi ilə müəyyən edə bilirsə, ondan bu barədə araış tələb edilməyəcək.
 
Digər yeniliyə əsasən notariat hərəkətləri zamanı notarius nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə barədə məlumatı “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə edildiyi halda həmin etibarnamənin nümayəndədən tələb edilməsi tələb olunmayacaq. (Fed.az)

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267