ƏMLAK

Vergi borcuna görə ev əşyaları satıla bilərmi? – VİDEO
16 İYUN
1169

Vergi borcuna görə ev əşyaları satıla bilərmi? – VİDEO

2018-06-16 12:33:00
Vergilər Nazirliyi vergi borcu olan vətəndaşların əmlakını hərraca çıxararaq satır. Satışa çıxarılan şəxsi əşyalar arasında xalçalar hətta paltaryuyan maşın da var. Sual yaranır. Vergi borcuna görə nazirlik vətəndaşın əşyalarını satışa çıxara bilərmi? Belə bir hüquq varmı?

Rəsul Hüseynov – Vergilər Nazirliyinin vergi öhdəliklərinin icrasına nəzarət departamenti direktorunun müavini: “Borclu vergi ödəyicilərinə bildirişlər göndərilir. Orada 5 gün müddətində nəzərdə tutulub ki, borc ödənilməsə əmlak siyahıya alınsın”.
Buna qədər isə, vergi borcu olanla fərdi və ümumi görüş də olur. Burda müzakirə olnur ki, vergi borcunu necəsə qaytarmaq lazımdır. Lazım olan həll yolu olmadıqda əşyaların satışa çıxarılması prosesi başlayır, amma istisna var.
Əkrəm Həsənov – Hüquqşünas: “Hər bir insan borcuna görə əmlakı ilə cavabdehdir. Elə əmlak növləri var ki, onu insanın əlindən almaq olmaz”.
Deməli insan üçün əsas istifadə olunan əşyalar satışa çıxarıla bilməz. Əmlak siyahıya alınanda da həmən satış olunmur. 1 ay yenə vaxt verilir. Ondan sonra  artıq məhkəmə ilə vergi borcu olanın əşyaları satışa çıxarılır.
Əşyaları vergilər nazirliyi özü satmır, məhkəmə qərarından sonra icra məmurları ki olur, onlar bu işi həyata keçirir. Nəzarəti isə ədliyyə orqanları edir. Bəs necə sübut olunur, vergi borcu olanın əşyalarının olması məsələsi? Bəlkə adamın heç əşyası yoxdur.
Əkrəm Həsənov – Hüquqşünas: “Vergi orqanı sübut etməlidir ki, əşya vergini ödəməyən şəxsindir. Ərin borcu var, arvadı deyir ki, xalça cehizimdir. Onu götürmək olmaz”.
Bu zaman iş çətinləşir, Hətta vergi məmurlarına yalandan da söylənilir ki, guya vergi borcu olanın əşyaları yoxdur, olanlar həyat yoldaşınındır. Bu məsələ isə uzun müddət araşdırma tələb edir. Amma nə olursa olsun, xüsusi yadda saxlamaq lazımdır, qanunda var ki, vergi borcu əsas ödəniilməli olan borcdur. Mütləq ödənməlidir.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258