ƏMLAK

Bakıda evlər ucuzlaşmağa başladı
14 İYUN
2208

Bakıda evlər ucuzlaşmağa başladı

2018-06-14 09:30:00

Bakıda evlər yenidən ucuzlaşıb. Bunu Fins.az-a açıqlamasında “ProHome” şirkətinin rieltoru Asif Yusubov bildirib. Onun sözlərinə görə, daşınmaz əmlak bazarında ümumi alıcı aktivliyi azalıb. Eyni zamanda pilot proyektlərin artması qiymətlərin düşməsinə səbəb olub. Həm yaşayış, həm də qeyri-yaşayış sahələri üzrə təkliflər 5-10% civarında azalıb.

 Bazardakı qiymətləri isə alıcı təklifləri formalaşdırır: "Məsələn, hazırda bir ay əvvəl Neftçilər Xəstəxanasının yaninda 130 min  manata satışa çıxarılan 2 otaqlı 55 kv.m-lik  təmirli mənzili  120 min manatdan baha satmaq olmur".  A.Yusubov bildirib ki, bu ev əgər payıza qədər satılmasa qiyməti 115 min manata düşəcək. Başqa sözlə, fors major bir hal olmasa ilin sonuna kimi Bakıda mənzillər 10-15% ucuzlaşacaq. 

Aylıq 275 manat ödənişlə 2 otaqlı təmirli mənzil satışına başlandı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254