ƏMLAK

Mənzil İnşaatı Dövlət Agentliyi və Təhsil Nazirliyi yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq edir
04 İYUN
427

Mənzil İnşaatı Dövlət Agentliyi və Təhsil Nazirliyi yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq edir

2018-06-04 15:16:00

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ölkədə inşaat sektorunda çalışacaq gənc kadrların bilik və bacarıqlarının artırılması istiqamətindəəməkdaşlıq edir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Ölkədə peşə-ixtisas və ali təhsil müəssisələrinin inşaat, tikinti və memarlıq ixtisasları üzrə təhsil alan şagird və tələbələrin Agentlikdə və onun tikinti ərazilərindəistehsalat təcrübəsi keçməsinin təşkil edilməsi və bu sahədə uzunmüddətli əməkdaşlığın yaradılması qarşıya qoyulan əsas vəzifələrdəndir. Təcrübəkeçmənin əsas məqsədi peşə təhsilinə yiyələnən gənclərin öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaq, yüksək ixtisaslı kadrların hazırlanmasına və əmək bazarında səriştəli işçi qüvvəsinə olan tələbatın ödənilməsinə töhfə verməkdir.

Bununla əlaqədar olaraq Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi vəMənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 8nömrəli Bakı Peşə Liseyində təhsil alan şagirdlərin 2016-2017-ci və 2017-2018-ci tədris illərində güzəştli mənzillərin tikintisinin aparıldığı ərazidə istehsalat təcrübəsi keçməsi layihəsi uğurla başa çatdırılmışdır.

Qeyd edilən dövrdə Liseyin “Əl elektrik qaynaqçısı” ixtisası üzrə təhsil alan 30-a yaxın şagirdi Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin inşa olunduğu ərazidə 1 ay müddətində istehsalat təcrübəsi keçmişdir.

8nömrəli Bakı Peşə Liseyi ilə bu layihənin uğurla reallaşdırıldığını nəzərə alaraq, bu ildən daha bir təhsil müəssisəsinin şagirdləri üçün təcrübəkeçmə proqramı təşkil edilmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci ilə qurulan əməkdaşlıq nəticəsində 2017-2018-ci tədris ilində bu təhsil müəssisəsinin “Dizayn” və “Bina və qurğuların tikintisi və istismarı“ ixtisasları üzrə təhsil alan 28 şagirdinin təcrübəkeçməsinə şərait yaradılmışdır.

Şagirdlərin təcrübəkeçmə işinə Agentliyin şəhərsalma, memarlıq və tikinti sahəsi üzrə yüksək ixtisaslı mütəxəssisləri rəhbərlik etmişdir.Bu müddət ərzində gənclər iş prosesi ilə tanış olmuş, ixtisasları üzrə praktiki biliklərə yiyələnmiş, öz peşə bacarıqlarını inkişaf etdirmək və onlarıreal iş şəraitində tətbiq etmək imkanına sahib olmuşlar. Bununla yanaşı,təcrübə rəhbərləri tərəfindən şagirdlərəixtisasları ilə bağlı praktiki tapşırıqlar verilmiş və onların icrasına nəzarət edilmişdir.

Gələcəkdə Agentlik tərəfindən reallaşdırılan layihələrinin sayı artdıqca ali təhsil müəssisələrinin tələbələri üçündə təcrübəkeçmə imkanlarının yaradılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269