ƏMLAK

Yeni hərracda hansı əmlaklar özəlləşdiriləcək?
30 MAY
237

Yeni hərracda hansı əmlaklar özəlləşdiriləcək?

2018-05-30 10:24:00

Hərracda iştirak etmək üçün əlavə vaxt itkisinə və olduğun məkanı dəyişməyə ehtiyac qalmır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının hərraclar vasitəsilə  özəlləşdirilməsi prosesini sadələşdirilmiş, rahat və şəffaf formada hər kəsə təklif edir. Hərrac prosesində iştirak etmək istəyən bütün şəxsləronlayn şəkildə  emdk.gov.az, privatization.az saytına və Elektron Hökumət portalına daxil olmaqla seçdikləri əmlakın sifarişçisinə çevrilibhərracda iştirak edə bilər.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

27 iyun tarixində keçiriləcək hərracda investorlar üçün  dövlət əmlaklarının müxtəlif növləri üzrə geniş seçim imkanı mövcuddur. Ümumilikdə hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının sayı 114-dür. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.

İri həcmli investisiyalar təmir-tikinti, sənayə, aqrar, nəqliyyat sahələri ilə bağlı təklif olunan səhmdar cəmiyyətləri arasından seçim edilərək böyük biznes layihələrinə cəlb oluna bilər. Səhmdar cəmiyyətləri  paytaxtla yanaşı Salyan, Sabirabad, Yevlax və digər bölgələrdə yuxarı gəlir mənbəyinə çevrilə bilər. Yevlax şəhərində2 nəqliyyat, 2 təmir-tikinti,1 sənaye sahəsinə aid səhmdar cəmiyyətləri təklif olunur. Qax şəhərində yerləşən“Qax Taxıl”, Abşeron rayonu, Masazır kəndində yerləşən “Masazır quşçuluq”kimi səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi,  aqrar sahənin  inkişafına dəstək olmaqla yanaşı, investora yüksək gəlirlər gətirə bilər.

Kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyənlərin planlarını həyata keçirmək şansları bu hərracda da yüksəkdir. Belə ki, onlar kiçik dövlət müəssisə və obyektləri, eləcə də qeyri-yaşayış sahələrinə investisiya edərək məişət, iaşə, qida, toxuculuq və digər xidmət sahələri üzrə biznes sahibi ola bilərlər. Hərraca çıxarılan iaşə və xidmət obyektlərinə Astarada yerləşən “Azərbaycan” kinoteatrı, Bakıda yerləşən “Aydınlıq” şadlıq evi və digər dövlət əmlakları daxildir.Kiçik dövlət müəssisə və obyektlərindən 11-i Bakıda, 20-si isə bölgələrdə yerləşir.

Özəlləşdirməyə çıxarılmış qeyri-yaşayış sahələrinin isə 21-i Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir.Ümumi faydalı sahəsi 14.7kv.m ilə 179.1 kv.m aralığında dəyişən belə qeyri-yaşayış sahələrinin 17-si bina zirzəmisi, 6-sı binanın bir hissəsi, 1-i ayrı tikili formasındadır.

Avtomobil almaq arzusunda olan şəxslər təklif olunan əmlaklarla tanış olaraq hərracda iştirak edə bilər. Hərraca çıxarılan müxtəlif markalı 2008-ci və 2009-cu illərdə istehsal olunmuş, ilkin qiyməti 8500-12973 manat intervalında olan nəqliyyat vasitələri hər bir şəxsə unikal seçim etmək imkanı yaradır.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarlıqla məşğul olmaq arzusunda olan şəxsləri, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273