ƏMLAK

"2019-cu ilə kimi Bakıda evlər xeyli ucuzlaşacaq"
23 MAY
1848

"2019-cu ilə kimi Bakıda evlər xeyli ucuzlaşacaq"

2018-05-23 10:53:00

"2019-cu ilin əvvəlinə qədər Bakıda mənzillər 20%-ə qədər ucuzlaşa bilər". Bunu Fins.az-a açıqlamasında “ProHome” şirkətinin rieltoru Asif Yusubov deyib. Belə ki, hazırda pilot layihələr icra edilir. İlin sonunda isə təhvil verilən layihələr sayəsində daşınmaz əmlak bazarında təklif artacaq. A.Yusubov deyib ki, alıcının seçim imkanı çox olacaq və hansı əmlakın qiyməti daha aşağıdırsa, alıcı ona yönələcək: "Bu da o deməkdir ki, əgər sizin qonşunuz evin qiymətini aşağı salırsa, siz də evin qiymətini aşağı salmağa məcbur olacaqsınız".

Aylıq 275 manat ödənişlə 2 otaqlı təmirli mənzil satışına başlandı

A.Yusubov hesab edir ki, eyni şəkildə kirayə bazarında da qiymətlər düşəcək:"Təkliflər artdığı üçün onsuzda kirayə bazarında qiymətlər aşağı düşür. İndi də aşağıdır. Məsələn, 2015-ci ildə 1500 manata kirayə verilən ev indi 700 manata təklif edilir. Bakıda kirayə bazarının işlədiyi əsas yer Yasamal, Səbail, Xətai və Nəsimi rayonudur. Ən aktiv ərazi Səbail rayonudur və ən çox tələb də bu rayondadır. Hazırda kirayə bazarında tələb çox aşağıdır və 1200-1300 manata qədər olan təkliflər işləyir. 1200-1300 manatlıq kirayə haqqını isə xaricdən Azərbaycana işləməyə gələn insanlar ödəyir. Onların da sayı getdikcə azalır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256