ƏMLAK

Nazirlik Bayılda çökmənin səbəbini açıqladı
16 MAY
258

Nazirlik Bayılda çökmənin səbəbini açıqladı

2018-05-16 14:04:00

Fins.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Bayılda baş verən hadisə ilə bağlı müsahibəni təqdim edir:

 -Bayıl ərazisində baş verən çökmə hadisəsinin səbəbləri nədir?

 Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib. Ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.

"Göyün yeddinci qatında" həyət arzulayanlar üçün mənzillər - QİYMƏTLƏR

 Hazırda ərazidə hansı işlər görülür?

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri müvafiq qurumlarla  birgə ərazidə tədqiqat işləri aparır və  təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259