ƏMLAK

Tikinti şirkəti 1500 manat maaşla işçi axtarır
15 MAY
3188

Tikinti şirkəti 1500 manat maaşla işçi axtarır

2018-05-15 14:21:00

Qartal Tikinti Firması baş mühasib vəzifəsinə işçi axtarır. 

Namizədə tələblər

- ƏDV ödəyicisi olan şirkətdə baş mühasib kimi 3 il iş təcrübəsi 
- Vergi məcəlləsini, mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri mükəmməl bilmək 
- Bank əməliyyatlarının həyata keçirilməsi, elektron qaimə və vergi hesab fakturaların yazılması, kassa, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsini bacarmaq 
- Mal-materialların uçotunun aparılması, material silgisi aktlarının tərtib olunmasını bacarmaq 
- Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi. 
- Müqavilələr üzrə hesabların hazırlanması, debutor borcların ödənilməsi, ödəniş tapşırıqlarının yazılması və qeydiyyatının aparılmasını bilmək 
- İllik mənfəət bəyənnaməsinin tərtib edilməsini bacarmaq 
- Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və s. hesablanmasını bacarmaq 
- Kompüter biliyi yüksək səviyyədə (1C7.7, Excel, Word, Outlook)

İş barədə məlumat

- İş yeri Sumqayıt şəhərində firmanın ofisindədir 
- İş saatı 09:00-dan 18:00-dək 
- İstirahət günü - Şənbə və Bazar günləri 
- Firma tərəfindən nahar və korporativ nömrə təmin olunur 
- Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256