ƏMLAK

"Göyün yeddinci qatında" həyət arzulayanlar üçün mənzillər - QİYMƏTLƏR
14 MAY
879

"Göyün yeddinci qatında" həyət arzulayanlar üçün mənzillər - QİYMƏTLƏR

2018-05-14 11:31:00

Bakıda sözün əsl mənasında "göyün yeddinci qatında" həyəti olan mənzillər satılır. Söhbət “Park Group” şirkətinin təqdim etdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsi.35 ünvanında inşa edilən “Teras Park” yaşayış kompleksindən gedir. Şirkətin icraçı direktoru Toğrul Ələkbərli Fins.az-a müsahibəsində bildirib ki, “Teras Park” 8 blokdan 22 mərtəbə və 520 mənzildən ibarət olan yaşayış kompleksidir.

1 otaqdan 6 otağa qədər müxtəlif ölçülərdə mənzillərimiz mövcuddur. 1 otaqlı mənzillərin ölçüsü 49-59 kv.m-dir. 2 otaqlı mənzillərin ölçüsü 75-103 kv.m, 3 otaqlı mənzillər 122-135 kv.m, 4 otaqlı mənzillər 159-275  kv.m-ə qədərdir. 5 otaqlı mənzillər 344 kv.m, 6 otaqlı mənzillər isə 478-702 kv.m təşkil edir. “Teras Park”da 2 mərtəbəli və terraslı mənzillər də mövcuddur: "Məsələn, bizim 344 kv.m-lik 5 otaqlı mənzilimiz var. Özünün 68 kv.m-lik terrası var. Yəni, 14 mərtəbə yuxarıda bir həyətiniz olacaq. Ora dibçəkdə bir ağac qoya bilərsiz və yaxud stol qoyub çay içə bilərsiz. Başqa sözlə, bu gün yeni tikilməkdə olan yaşayış binalarının təhlükəsizliyi və həyət evlərinin rahatlığını bir yerdə cəmləşdirmişik".

Bundan əlavə, yaşayış kompleksimiz 1 hektar ərazini əhatə edir ki, bunun da 37 sotu yalnız yaşıllıq ərazisidir ki, bu da öz növbəsində uşaqların əylənə- oynaya biləcəyini və böyüklərin dincələrək asudə vaxt keçirmələrini tam təhlükəsiz qaydada təmin edəcək. T. Ələkbərli bildirib ki, bu gün yaşayış komplekslərinin əsas problemi həyətyanı sahələrin yalnız asfalt örtükdən ibarət olmasıdır. “Teras Park”da isə əksinə həyətdə parklama üçün yerlər nəzərdə tutulmayıb, insanlar kompleksin həyətində rahat şəkildə istirahət edə biləcəklər. Bununla yanaşı xüsusi müşahidə və nəzarət kameraları vasitəsilə kompleksin ərazisi tam nəzarətdə olacaq. 

Mənzillərin qiyməti belədir:

Otaq sayı

 

Ölçü –kv.m

Qiymət (Nağd)

Qiymət (Kredit)

1 otaqlı

55 kv.m

50050 AZN

55550 AZN

2 otaqlı

75 kv.m

67 500

75 000

2 otaqlı 

94 kv.m 

85 540 AZN

94 940 AZN

2 otaqlı

88 kv.m

80080 AZN

 88880 AZN

2 otaqlı

103 kv.m

87550 AZ

97850 AZN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256