ƏMLAK

Bakıda mənzil kirayəsi ucuzlaşıb
14 MAY
146

Bakıda mənzil kirayəsi ucuzlaşıb

2018-05-14 10:13:00

Azərbaycanda mənzillərin kirayə haqqı 2018-ci ilin əvvəlindən ilk dəfə olaraq aprel ayı ərzində aşağı düşüb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Aprel ayı ərzində mənzillərin kirayə haqqında əvvəlki ayla müqayisədə cəmi 0,2% azalma qeydə alınıb. 

Xatırladaq ki, yanvarda mənzil kirayəsində 0,1% bahalaşma olub, daha sonrakı iki ayda isə qiymət sabit qalıb.

Rəsmi statistikaya əsasən, apreldə mənzillərin orta aylıq kirayə haqqı 95,2 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276