ƏMLAK

Əmlak Komitəsi yeni hədəflərini açıqladı
09 MAY
604

Əmlak Komitəsi yeni hədəflərini açıqladı

2018-05-09 09:58:00

 Əmlak Məsələləri Dövlət Komitəsi əmlak idarəçiliyində qarşıdakı dövr üçün hədəflərini açıqlayıb. Fins.az həmin hədəfləri təqdim edir: 

 ✔Əmlakın qeydiyyatında vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması;

✔Özəlləşdirmənin tam elektronlaşması və şəffaflıq;

✔Dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi;

✔Torpaqların elektron kadastr uçotunun yaradılması və sistemli idarə edilməsi;

✔Torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sisteminin tətbiqi;

✔Bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyasının təmin edilməsi;

✔Müasir kadr potensialı ilə çevik idarəetmə.

Bu hədəflər Komitə tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260