ƏMLAK

Torpaq idarəçiliyində milli peykin imkanlarından istifadə olunacaq
07 MAY
367

Torpaq idarəçiliyində milli peykin imkanlarından istifadə olunacaq

2018-05-07 12:38:00

Bu ilin sonuna qədər Azərbaycanda torpaq idarəçiliyində peyk nəzarət sistemindən istifadə edilməsinə başlanılacaq.

Fins.az-ın verdiyi xəbərə görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov bildirib.

O, ölkədə ilk dəfə Torpaqların Elektron Kadastr Uçotu Sistemi və torpaqların səmərəli istifadəsində Peyk Nəzarəti Sisteminin qurulmasının önəmini vurğulayıb: "Əldə edilən peyk məlumatları torpaqların təyinatından kənar və qeyri-səmərəli istifadə halllarının vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək. Hazırda ölkədə elmi əsaslarlardan istifadə olunmaqla bütün sahələrdə yüksək nailiyyətlər əldə edilir. ƏMDK də torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırlmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılmasının gedişində elmi texniki tərəqqinin nailiyyətlərinə olduqca geniş yer ayırır, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir". 

"Bu gün 14 rayonda elektron kadastr işi yekunlaşıb. Torpaqların iqtisadi qiymətləndirilməsi nəticəsində hansı ərazilərdə hansı növ bitkilərin əkilməsi müəyyənləşdirilir", - K.Həsənov əlavə edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253