ƏMLAK

Bağ evlərində istifadə olunan əşyalara tələbat artıb - VİDEO
07 MAY
213

Bağ evlərində istifadə olunan əşyalara tələbat artıb - VİDEO

2018-05-07 10:23:00

Havalar isindikcə bağ aksesuarları bazarında canlanma yaranıb, bağ evlərində istifadə edilən müxtəlif növ əşyaların satışı arıtb. Qiymətlər isə müxtəlifdir.

 Fins.az-ın məlumatına görə, bağ aksesuarlarının satışı ilə məşğul olanlar artıq indidən yolun kənarında satışa başlayıblar. Məsələn, manqalların qiyməti ölçüsünə və istifadə olunan dəmirin qalınlığına görə dəyişir. Manqalların qiyməti 40-1500 manat arasında dəyişir.

Satıcılar işlənmiş manqalları da alıcılara təklif edirlər. Onların qiyməti isə 10-30 manat arasında dəyişir. Ustalar deyirlər ki, nazik dəmirdən olan manqallar tez sıradan çıxır. Ona görə də əsasən qalın dəmirdən düzəldilən manqalları almaq tövsiyə olunur.

 Bununla yanaşı, bağda istifadə etmək üçün müxtəlif növ oturacaq və yelləncəklər də alıcılara təklif edilir. Oturacaqların və yelləncəklərin qiyməti isə istifadə olunan taxtanın keyfiyyətindən asılı olaraq dəyişir. Yelləncəklərin qiyməti 750-1500 manat arasında, oturacaqlar isə 200-500 manat arasında dəyişir.

 Bağlar üçün it damları da satılır. Bunların qiyməti isə 200-300 manat arasındadır. Saticilar samovarları isə 100-500 manata təklif edirlər.

 Fins.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276