ƏMLAK

Tikinti şirkəti cərimələndi
02 MAY
186

Tikinti şirkəti cərimələndi

2018-05-02 11:12:00

“Baku Pearl Residence” Məhdud Məsuliyyətli Cəmiyyəti qanunsuz sahibkarlıqla məşğul olduğu üçün cərimələnib.

 Şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci ( dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə ) maddəsi ilə ittiham edilib.

 Xətai Rayon Məhkəməsinin 27 mart tarixli qərarı ilə “Baku Pearl Residence” qeyd edilən maddə üzrə təqsirli bilinərək 20 min manat cərimələnib. Şirkət, nümayəndəsi Rövşanə Rəhimova vasitəsilə qərardan apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılıb və “Baku Pearl Residence”in şikayəti təmin edilməyib. Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

 Qeyd edək ki, “Baku Pearl Residence” Bakı şəhərində hündürmətəbəli yaşayış binalarının tikintisi ilə məşğul olur.

 © “Qafqazinfo”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277