ƏMLAK

Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək
02 MAY
530

Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək

2018-05-02 09:22:00

Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında" Fərman imzalayıb.

Fins.az xəbər verir ki, nizamnaməyə edilən əlavəyə əsasən yaşayış sahələrini almaq və satmaq öhdəliyi ilə kirayəyə vermək vəzifəsi də Fonda tapşırılır. Başqa sözlə, Fond mənzilləri alacaq və kirayəyə verəcək. Bir şərtlə ki, həmin mənzil sonda kirayə götürənə satılacaqdır. Bunun üçün mexanizm və qaydalar hazırlanacaqdır. Yeniliyin üstünlüyü, əhalinin bir qrupunun çoxsaylı sənəd toplamaqdan və gəlir tələblərindən azad olması ola bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257