ƏMLAK

Özəlləşdirilən dövlət müəssisələri açıqlandı -HƏRRAC
01 MAY
219

Özəlləşdirilən dövlət müəssisələri açıqlandı -HƏRRAC

2018-05-01 14:09:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən may ayının ilk hərracı keçirilib. Fins.az xəbər verir ki, budəfəki hərracda 1 kiçik dövlət müəssisəsi, 9 qeyri-yaşayış sahəsi, 2 yarımçıq tikili, 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 5 istifadəsiz qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 yarımçıq tikili özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsii Bakının Xəzər rayonunda yerləşən 8 saylı mağazadır. Sahibkar investisiya yatırmaqla həmin obyektdə ərzaq mallarının pərakəndə satışını həyata keçirə bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 60 kv.m-ə yaxındır.

Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsi Nəsimi, Yasamal və Qaradağ rayonlarında yerləşir. Regionlar üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Gəncə, Göyçay, Bərdə şəhərlərindədir. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 70 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Göyçayda yerləşən, ümumi faydalı sahəsi 50 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Özəlləşən nəqliyyat vasitələrinin markaları isə müxtəlif olub. Avropa istehsalı olan maşınlar üstünlük təşkil edib. Buraxılış tarixləri isə 2006-2008-ci illərə aiddir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 50 minə yaxın kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib, 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilib və onların səhmləri özəlləşdirilmişdir

Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac mayın 8-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək 178 əmlak çıxarılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254