ƏMLAK

MTK-ya aid binada mənzilin qeydiyyatı üçün hansı sənədlər lazımdır?
01 MAY
599

MTK-ya aid binada mənzilin qeydiyyatı üçün hansı sənədlər lazımdır?

2018-05-01 12:16:00

Çoxmərtəbəli binalardakı mənzillərin qeydiyyatı üçün hansı sənədlər tələb olunur? Fins.az mənzillərlə bağlı ən çox verilən suallardan birini vətəndaşlar üçün cavablandırıb. Belə ki, Mənzil-tikinti kooperativi (MTK) tərəfindən inşa olunmuş və istismara qəbul edilmiş (istismara qəbul aktı verilmiş) binada yerləşən mənzilə çıxarışın alınması üçün 3 əsas sənəd tələb edilir:

1.MTK-ya üzv qəbul edilmiş şəxsə mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı;

2.mənzili əldə edən şəxs tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsini təsdiq edən sənəd ( maliyyə arayışı);

3. mənzilin plan-cizgisi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253