ƏMLAK

Sosial mənzillər gözləntiləri doğrultdumu? - Ekspert şərhi
25 APREL
378

Sosial mənzillər gözləntiləri doğrultdumu? - Ekspert şərhi

2018-04-25 12:31:00

“Güzəştli mənzillər aztəminatlı ailələrin gözləntilərini doğrultmadı”. Fins.az xəbər verir ki, Bunu Sputnik Azərbaycan-a may ayından satışına başlanılacaq güzəştli mənzillərin qiyməti barəsində danışarkən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, yəqin, gələcəkdə bu istiqamətdə də müəyyən addımlar atılacaq:

 “Bizim özümüzün də bu layihədən müəyyən gözləntilərimiz var idi. Bu layihədəki mənzillərin qiyməti eyni ərazidə olan başqa mənzillərdən ucuzdur. Həmçinin bu binalarda mənzilin xarici divarları ümumi sahəyə əlavə olunmur. Bu gün o mənzilləri almaq üçün müraciət edənlərin nəğd almağa imkanları yoxdur”.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib. Belə ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı bu il mayın 7-də saat 10.00-da başlayacaq və proses avqustun 7-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277