Köhnə Nəsimi bazarının yerində yaşayış kompleksi tikiləcək. Fins.az xəbər verir ki, bu barədə "Olympus Park" şirkəti məlumat yayıb. "Artıq Nəsimi layihəmizin başlanmasına saylı günlər qaldı. Yerləşmə: Azadlıq küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsi. Tam olaraq köhnə Nəsimi bazarının yeridir",- şirkətin məlumatında deyilir.
Şirkətin "Nəsimi" layihəsində mənzilin 1 kv.m-nin qiyməti 1700-1800 AZN arası dəyişiləcək. Lakin təməldən ilk 20 mənzilə sahib olanlar 1400-1450 AZN qiymətlərdən yaralanacaqlar. Həmçinin ilk 20 mənzilə 36 aylıq faizsiz kredit veriləcək.
Qeyd edək ki, "Olympus Park" şirkəti "Elmlər Akademiyası" və "Neftçilər" metrosu yaxınlığında da yaşayış binaları tikir. (Marja)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır