ƏMLAK

Bakıda hansı ərazilərdə ev almaq sərfəlidir? – 2 QAT QAZANC
24 APREL
1319

Bakıda hansı ərazilərdə ev almaq sərfəlidir? – 2 QAT QAZANC

2018-04-24 11:45:00

 Hər gün yeni yatırım növləri ortaya çıxsa da ənənəvi gəlir imkanları hələ də özünü qoruyub saxlaya bilir. Söhbət daşınmaz əmlaka- ev, torpaq sahəsi, obyekt və qeyri-yaşayış sahələrindən gedir. Daşınmaz əmlak bazarı üzrə ekspetlər bildirirlər ki, doğru seçim etməklə Bakıda daşınmaz əmlaka yatırım edib yüksək gəlir götürənlər kifayət qədərdir. Bəs yatırım üçün Bakının hansı ərazilərindən əmlak almaq sərfəlidir?

İpoteka ilə ev almaq istəyənlər, mütləq oxuyun! - VIDEO

“Yasamal, Səbail, Nərimanov və Xətai rayonlarına yatırım edirlər”

Rieltor Asif Yusubov Fins.az-a müsahibəsində bildirib ki, bu sahəyə yatırım edib qazanc əldə edənlər daha çox Bakının Yasamal, Səbail, Nərimanov və Xətai rayonları ərazisində daşınmaz əmlak alırlar:”Onlar hər zaman axtarışdadırlar. Bu, bir mənzil də ola bilər, torpaq sahəsi də, qeyri-yaşayış sahəsi də. Bunlar fərdi yanaşma ilə seçilir. Yəni bir proyekt tikim, burdan qazanıb yanaşma belə deyil. Əsasən kiçik yatırımçılardır”.

Bakının mərkəzində ucuz mənzillər: Fırıldaq, yoxsa real qiymət? - VİDEO

200-300 min manatlıq əmlaklara yatırım edilir

Ekspert bildirib ki, yatırımçılar kiçik məbləğli əmlaklarla manevr etməklə gəlir əldə edirlər: “Söhbət qiyməti 200-300 min manat civarında əmlaklardan gedir. Əsasən yatırımlar bu əmlaklara edilir. Qiyməti milyon manat olan evlərin isə amartizasiya müddəti böyük olduğu üçün,yəni, ona sərf edilən pulu geri qaytara bilmək qabiliyyəti aşağı olduğu üçün belə əmlaklar yatırım üçün əlverişli deyil”.

 “Uzunmüddətli kirayə əmlakdan 2 qat qazanc əldə etmək olar"

 A.Yusubov bildirib ki, ən sərfəli yatırım uzunmüddətli kirayədə olan mənzilləri almaqdır: “Bu mənzillərə qoyulan yatırım o qədər əlverişlidir ki, siz 10 il ərzində öz yatırımınızı çıxara bilərsiniz. Eyni zamanda əmlak bazar qiymətini qoruduğu üçün siz onu aldığınızdan da baha sata bilərsiniz. Başqa sözlə, bu, uzunmüddətli perspektivdə ikiqat qazanc deməkdir”.

Bakıda daha 2000 ev söküləcək

 “200 min manatlıq ev ildə 20 min manat qazandıra bilər”

 Rieltor bildirib ki, doğru seçim edildiyi zaman yatırım edilən daşınmaz əmlakdan illik 10% civarında gəlir əldə etmək olar. Yəni, sizin 200 min manatlıq kirayə mənziliniz varsa, ildə 20 min manat qazanmalısınız. Əgər gəlir bundan aşağıdırsa, demək ki, doğru yatırım etməmisiniz.

Bayılda 1 kv.m üçün bu məbləğ ödəniləcək - QƏRAR

A.Yusubob bildirib ki, Yəni, bu məbləği də hər yerdə də əldə etmək mümkün deyil. Çünki 90% hallarda mənzil ehtiyac üzündən satışa çıxarılır. Yəni, iş adamıdır yatırıma ehtiyacı var, ona görə sata bilər. Evini satıb daha böyüyünü almaq istəyə bilər, və yaxud evi satıb borcunu bağlaya bilər. Hər zaman da bu ehtiyacın miqdarı var. Bu ehtiyac da heç vaxt əmlakın real qiymətini əks etdirmir. Əmlakın real qiyməti 10 manatdır, əmlak sahibinin ehtiyac isə 15 manatdır. Amma fikirləşmir ki, alıcı həmin məbləği verəcəkmi?  Mənzil satanların cəmi 10%-i əmlakına doğru qiymət verə bilir.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276