ƏMLAK

Yaşayış binaları nədən yanır? – ARAŞDIRMA
19 APREL
240

Yaşayış binaları nədən yanır? – ARAŞDIRMA

2018-04-19 11:42:00
Bakıda yanğınların böyük hissəsi əsasən çoxmənzilli yaşayış binaları ilə bağlıdır. Fövqəladə Hallar Nazirliyinin açıqladığı statstkaya əsasən ölkə üzrə baş verən yanğınların sayına görə 2-ci yeri çoxmənzilli yaşayış binalarında və fərdi evlərdəki yanğınlar tutur. Belə ki, 2017-ci ildə ümumilikdə 12911 yanğın hadisəsi baş verib.
Bunların 7763-ü açıq sahələrə, 2337-si yaşayış binaları və fərdi evlərə aiddir. Yəni, açıq sahələri nəzərə almasaq, yaşayış binaları üzrə yanğın hadisələrinin sayı kifayət qədər yüksəkdir. Digər tərəfdən 2016-cı illə müqayisədə 2017-ci ildə yaşayış
binalarında yanğınların sayı artb. Yanğın halları adətən qış aylarında daha çox olsa da, havaların hələ də soyuq keçməsi mart-aprel aylarında da yaşayış binalarında yanğın hadisələrinin artmasına səbəb olub.

Bəs yaşayış binalarında yanğın nədən baş verir?

Yanğın hadisələri üzrə ekspert Tural Şükürov bildirib ki, yaşayış binalarında və fərdi evlərdən yanğınlar adətən elektrik naqillərində yaranan nasazlıq və yüklənmə ilə bağlı olur. Belə ki, təmir zamanı elektrik sisteminin düzgün qurulmaması, bu zaman kustar üsullardan istfadə edilməsi sonda böyük ziyanla nətcələnir“TTəmir zamanı elektrik işlərini peşəkar usta etmir, elektrik sisteminin sxemi qurulmur, heç bir texniki müqavilə bağlanılmır. Elektrik işlərini kustar, burma üsullarla quran usta görür. Sistemdə yüklənmə olanda naqilin burma şəklində bərkidilən hissəsi qızır və yanar konstruksiyaya keçir. Son nətcədə yanğın baş verir.”

“Yeni binalarda yanğına səbəb təbii qazın olmamasıdır”

Yeni tkililər və yaşayış komplekslərində gəlincə, T.Şükürov bildirib ki, bu binalarda yanğın hadisələrinin əsas səbəbi təbii qazın verilməməsidir“ TÖzüm yeni tkilidə yaşayıram və qaz çəkilmədiyi üçün bir il ərzində 3 belə yanğın hadisəsinin şahidi olmuşam”.

“Elektirik açarları ev qızdırılması üçün nəzərdə tutulmayıb”

Belə ki, bəzi yeni tkililərdə buna görə evlərin qızdırılması üçün elektrikdən istfadə edilir. Yeni tkililərdə isə elektrik avtomatları aşağı dövriyyəyə uyğun qurulub və ümumilikdə istlik üçün elektrikdən istfadə nəzərdə tutulmayıb“. Məsələn, 24 voltluq açardan 50 voltluq cərəyan istfadə olunur. Davamlı istfadə nətcəsində artq qızma baş verir. 90%. hallarda hadisələr elektrik şaxtasında baş verir. Orada mənfillər közərməyə başlayır və yanğın baş verir”.

Bəs yaşayış kompleksləri yanğın təhlükəsizliyini necə həyata keçirir?

Məsələ ilə bağlı TKristal Abşeron” şirkətnə müraciət etdik. MTKdan bildirildi ki, sakinlərin təhlükəsizliyi əsas diqqət yetrilən vacib məqamlardan biridir. Kompleks bütün yaşayış binalarında yanğın təhlükəsizliyi ilə bağlı bir sıra məsələlərə diqqət
yetrilir“
1 Şaxta məsələsi. Burada şaxtaların quruluşu fərqlidir. Belə ki, bütün binalarda bütün mənzillərin havalandırma çıxışı eyni şaxtaya olursa bizdə hər mənzilin çıxışı ümumu şaxtanın içinədəki böyük kanaladır və bu kanal yanğın baş verərsə termos efekt yaranıb yanğın sürətlə yayılmasın deyə hörülür. Beləliklə təhlükənin sürətlə yayılmasının qarşısı alınır.
2 Daş yunu – inşa edilən bütün binaların fasad materialı daş yunundandır.
Bu material həm izolyasiya funksiyasını yerinə yetrir, mənzillərin qışda ist, yayda sərin qalmasını təmin edir, (Rusiya kimi sərt qışı olan ölkədə eyni izolyasiya materialından istfadə edilir) həm də yanğına tam davamlıdır üstəlik enerji xərclərinə 70%.dək qənaet edilməsini təmin edir. Beləliklə, mənzildə baş verə biləcək yanğının digər mənzillərə keçmə riskini aradan
qaldırır. Qeyd edək ki, material təbii tərkibli daşlardan hazırlanır.
3 Bütün binalarımız qazlaşdırılıb. MTKdan bildirildi ki, yaşayışa təhvil verilmiş bütün binalar qazla təmin edilib. Bu səbəbdən eletrik naqillərində yüklənmələrin baş verməsi mümkün deyil. Bununla belə mənzillər təmirli
təhvil verildiyindən istfadə edilən Türkiyə istehsalı elektrik naqillərinin seçiminə və mənzildaxilində düzgün paylanmasına xüsusi diqqət göstərilir.
4 Hər binanın qarşısında yanğına qarşı lövhələr quraşdırılıb. Ordakı yanğın balonları daim yoxlanılır.
5 Binanın hər mərtəbəsində yanğına qarşı təzyiqli su durbası çıxışı və şlanqlar və tüstüyə qarşı qurğular var. Yanğın baş verərsə istənilən sakin yanğın yayılmadan qabaqlayıcı tətdir görə bilər. Blokda tüstü olarsa sistem işə düşür və xəbərdaredici səs verir.
6 Əlavə olaraq toz tərkibli yanğın topundan istifadə edilir. Hər mühafzə otağında bu toplardan mövcuddur.
7 Mühafizə xidməti. Bütün binalarda 24/7 mühafzə xidmət xidmət göstərir. Bütün ərazilər kamera müşahidə sistemi ilə daim izlənilir. Baş verə biləcək bütün neqatv halların qarşısı vaxtnda alınmağı üçün və ya ilkin tədbirlər görülməsinə köməklik göstərilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276