ƏMLAK

"Şəhərkənarı yaşayış komplekslərinə maraq artır"
13 APREL
497

"Şəhərkənarı yaşayış komplekslərinə maraq artır"

2018-04-13 16:16:00

"Şəhərkənarı yaşayış komplekslərinə maraq artır".Bunu Fins.az-a müsahibəsində“SR Construction” şirkətinin icraçı direktoru Toğrul Ələkbərli deyib. O bildirib ki, əsasən yerli vətəndaşlar mənzil almaq üçün müraciət edir. Amma “Teras Park”dan ev almaq istəyən xarici vətəndaşlar da olur. Məsələn, Qazaxıstan, Gürcüstan, Rusiya və digər MDB ölkələrindən olan Azərbaycan əsilli müştərilərimiz olur. Əvvəllər müştərilər şəhərin mərkəzi hissələrinə daha çox maraq göstərirlər:"Getdikcə şəhərin kənar hissələrində yerləşən yaşayış komplekslərinə artan marağı müşahidə edirik. Hazırda tıxacları nəzərə alsaq, şəhərin mərkəzində bir nöqtədən digər bir nöqtəyə getmək nə qədər vaxt aparırsa, bizim kompleksdən eyni nöqtəyə getmək də eyni zaman tələb edir. Ona görə də müştərilər müqayisə edir ki, 100 min manata şəhərin mərkəzində 60-70 kv.m-lik mənzilə sahib ola bilərsə, “Teras Park”dan 100 kv.m-lik mənzil ala bilər. Üstəlik, bizim təqdim etdiyimiz komfortu görəndə istəyirlər ki, daha böyük mənzilə sahib olsunlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279