ƏMLAK

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 250 mindən çox şəxs səhm sahibi olub
06 APREL
158

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 250 mindən çox şəxs səhm sahibi olub

2018-04-06 15:05:00

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində ümumilikdə 300 mindən artıq iş yeri yaradılıb. Fins.az-ın məlumatına görə, bunu Qubada keçirilən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar” mövzusunda regional forumda Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib. Onun sözlərinə görə, özəlləşdirmə nəticəsində 250 mindən çox səhmdar səhm sahibi olub, 1,2 milyondan artıq vətəndaşımız özəlləşdirmədən faydalanıb.

R.Cəlilov bildirib ki, dövlət mülkiyyətində olan dövrlə müqayisədə, özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 mlrd. manat artıb, çoxlu çeşiddə yeni, rəqabət qabiliyyətli və ixrac yönümlü məhsulların istehsalı təşkil edilib: "Bu nailiyyətlərin əldə olunmasında dövlətin hərtərəfli dəstəyi xüsusi əhəmiyyət kəsb edir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279